Kateqoriyalar
Sırala
ID 0139899

XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı

Azərbaycan Respublikası Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 12-14 mart 2026-cı il tarixlərində Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı baş tutub. Mətbuat konfransında Mərkəzin həmsədrləri və idarə heyətinin üzvləri qarşıdan gələn Forumun əsas mövzuları, proqramı və gözlənilən nəticələri barədə media nümayəndələrinə ətraflı məlumat veriblər. "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik, çoxtərəflilik, dayanıqlı inkişaf və geosiyasi çağırışlar kimi aktual məsələlərin müzakirəsi üçün nüfuzlu platforma kimi dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini, siyasətçiləri, alimləri və ekspertləri bir araya gətirəcək. Mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmayıl Serageldin, eləcə də Mərkəzin idarə heyətinin üzvləri – Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bosniya və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi, sabiq Baş naziri Zlatko Laqumdziya, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, "ExxonMobil" şirkətinin sabiq yüksək vəzifəli rəhbəri Cin Badersşnayder, Belçikanın sabiq Baş naziri İv Leterme, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa və Avropa Şurasının sabiq Prezidenti, Belçikanın sabiq Baş naziri Şarl Mişel iştirak ediblər.

Digər fotolar
arrow-up