33 beynəlxalq səyyahdan ibarət qrup Füzulidə minalardan təmizləmə prosesini müşahidə edib
Beynəlxalq səyyahlar Füzuli rayonunda minalardan təmizləmə prosesini müşahidə ediblər. Səyyahlar Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Horadiz kəndi ərazisində həyata keçirdiyi minatəmizləmə işləri ilə tanış olublar. Agentliyin nümayəndələri qonaqlara azad edilmiş ərazilərdə humanitar minatəmizləmə prosesi barədə məlumat verib, işlərin hələ də davam etdiyi ərazilərin xəritələrini göstəriblər. Daha sonra səyyahlara ərazidə aşkarlanan minalardan birinin partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş etdirilib.
Çəkiliş tarixi: 28 oktyabr 2024
Şəkillərin sayı: 15