Kateqoriyalar
Sırala

Haqqımızda

“PhotoStock” 18 may 2021-ci il tarixində təsis edilmiş peşəkar fotobankdır və “Global Media Group”un tərkibində fəaliyyət göstərir. Platforma peşəkar fotoqraflar tərəfindən hazırlanmış, yüksək keyfiyyətli və eksklüziv fotomaterialları müasir media və informasiya tələblərinə uyğun şəkildə istifadəçilərə təqdim edir.

“PhotoStock”un əsas fəaliyyət istiqaməti ölkə daxilində və beynəlxalq miqyasda baş verən ictimai-siyasi proseslərin, rəsmi tədbirlərin, mədəni və idman hadisələrinin, sosial həyatın və gündəlik reallıqların fotojurnalistika prinsipləri əsasında sənədləşdirilməsi və yayılmasıdır. Platforma etibarlı, operativ və obyektiv vizual məzmunla media qurumlarının, dövlət və özəl təşkilatların, eləcə də, fərdi istifadəçilərin informasiya ehtiyaclarını qarşılayır.

Fotobank öz istifadəçilərinə zəngin fotoarxivdən həm ödənişli, həm də ödənişsiz şəkildə yararlanmaq imkanı yaradır. Eyni zamanda, “PhotoStock” sifariş əsasında müxtəlif mövzularda peşəkar fotoçəkiliş xidmətləri göstərir, layihəyə uyğun konseptual yanaşma və yüksək texniki keyfiyyət təmin edir.

Müasir texnologiyalar, peşəkar komanda və güclü media təcrübəsinə əsaslanan “PhotoStock” vizual informasiyanın etibarlı mənbəyi olaraq Azərbaycanın media məkanında dayanıqlı mövqeyə malikdir.

MİSSİYA

“PhotoStock”un missiyası cəmiyyətə obyektiv, dürüst və operativ vizual informasiya təqdim etməklə peşəkar fotojurnalistikanın inkişafına töhfə vermək, peşəkar fotoqraflar üçün etibarlı və müasir fotobank platforması formalaşdırmaqdır.

BAXIŞ

“PhotoStock”un baxışı Azərbaycanda və regionda aparıcı fotobank platformalarından birinə çevrilmək, beynəlxalq media məkanında tanınan, etibar edilən və dayanıqlı vizual məzmun mənbəyi kimi mövqeyini möhkəmləndirməkdir. Platforma operativlik, yüksək keyfiyyət və etibarlılıq prinsipləri əsasında davamlı inkişafı hədəfləyir.

DƏYƏRLƏR

  • Peşəkarlıq - Fotomaterialların çəkilməsi, redaktə olunması və təqdimatında yüksək peşəkar standartlara riayət olunur;
  • Dürüstlük və obyektivlik - Vizual məlumatların təqdimatında reallıq və obyektivlik əsas prinsipdir;
  • Operativlik - Hadisələrə sürətli reaksiya və vaxtında informasiya ötürülməsi prioritet hesab olunur;
  • Keyfiyyət - Texniki və estetik baxımdan yüksək keyfiyyətli fotomaterialların təqdim edilməsi əsas məqsəddir;
  • Etik prinsiplərə sadiqlik - Fotojurnalistikanın etik prinsiplərinə və cəmiyyətin maraqlarına hörmətlə yanaşılır.

 

ƏLAQƏ

Ünvan: Rəsul Rza küç., 75, Winter Park Plaza Baku, Azerbaijan AZ1014

Əlaqə nömrəsi: +994 (55) 200-26-89

E-poçt: [email protected]

arrow-up