Kateqoriyalar
Sırala

Şərtlər və qaydalar


1.    “Photostock”un bazasında yalnız şirkətin öz fotoqraflarının eksklüziv fotoları təqdim olunur.
2.    Fotoların yalnız loqolu variantları saytın ziyarətçilərinin ümumi istifadəsinə təqdim edilir. 
3.    Fotolardan loqoların silinməsi qadağandır və məhkəmə predmeti ola bilər. 
4.    Foto alışı ilə bağlı ödənişlər yalnız onlayn qaydada həyata keçirilir.
5.    Alınan məhsulun geri qaytarılması heç bir halda mümkün deyil.
6.    “Photostock” yalnız fotoların orijinal variantına cavabdehlik daşıyır.
7.    Saytda yerləşdirilmiş eyni şəkil bir neçə şəxsə satıla bilər.
8.    Fotoları satın alan şəxslərə onlardan yalnız istifadə hüququ verilir, müəlliflik hüququ şirkətin özündə qalır.
9.    “Photostock” müəlliflik hüququnu özündə saxladığı üçün məhsulu alan şəxs tərəfindən şəkillərin təkrar satışı qeyri-qanunidir və məhkəmə predmeti ola bilər. 
10.    “Photostock”un ödənişsiz əsaslarla təqdim etdiyi şəkilləri təhrif, montaj, kollaj etmək, kəsməyə görə hüquqi məsuliyyət nəzərdə tutulub.
11.    “Photostock” bütün məhsullarının orijinallığına tam zəmanət verir.
12.    Yuxarıda qeyd edilən müddəaların pozulması halında “Photostock” məsələni məhkəmə müstəvisinə daşımaq hüququnu özündə saxlayır.

arrow-up