33 beynəlxalq səyyahdan ibarət qrupun Xudafərin körpüsünə səfəri
İv Buvinin rəhbərlik etdiyi 33 beynəlxalq səyyahdan ibarət "Piki Reels" səyyah klubu Cəbrayıl şəhərinə səfər edib. Burada qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən Azərbaycan memarlığının qədim abidəsi olan Xudafərin körpüsünü ziyarət ediblər. Xarici qonaqlara körpünün tarixi və Böyük İpək Yolundakı mühüm rolu barədə məlumat verilib.
Çəkiliş tarixi: 28 oktyabr 2024
Şəkillərin sayı: 26