ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyev
Həm siyasət, həm insaniyyət tərəfdən də yanaşsaq, liberal olmaq mümkündür. Ümumi yanaşsaq, fikrimcə, liberal o adamdır ki, bugünkü tendensiyaları, trendləri başa düşür, keçmişdə qalmır, gələcəyə baxır, zamanla ayaqlaşır. Cəmiyyətdə qadınların rolunu deyək. Fikrimcə, burda heç bir sərhəd olmamalıdır. Kişiyə nəyə icazə verilirsə, qadına da verilməlidir. Bu mövzuda danışanda, çox insan “çox liberal yanaşırsan, qadınla kişinin fərqi var” deyirlər. Bildirirlər ki, mentalitetimiz, adət-ənənələrimiz var. Mənə görə isə o yanaşmalar keçmişdə qalıb, gələcəyə baxmalıyıq.
Müsahibə: Kaspi.az
Çəkiliş tarixi: 22 oktyabr 2022
Şəkillərin sayı: 9