Kateqoriyalar
Sırala
Bakıda yeni açılan Mərkəzi Parkın üçüncü hissəsi

Noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışı olub. Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb. Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Həmçinin, yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb. İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir Hamamı” kimi tanınan tarixi-memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb.

Çəkiliş tarixi: 07 noyabr 2024
Şəkillərin sayı: 23
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up