Kateqoriyalar
Sırala
Bakının Hövsan qəsəbəsində yerləşən Qərib ağa piri

Ziyarətgah Bakının Hövsan qəsəbəsində yerləşir. Buraya adı verilən Qərib ağanın kim olduğu və əsl adı bilinməsə də, onun imam övladı olduğu ehtimal edilir. Məlumata görə Qərib ağa vaxtilə Hövsana gəlib və orada məskunlaşıb. Pirin yaranma tarixi də məlum deyil, lakin ziyarətgahın 100 ildən çox yaşı olduğu ehtimal edilir. 2000-ci ilə kimi bu ibadətgah “İmam Hüseyn və Həzrəti Abbas” adına Cümə məscidinin nəzdində fəaliyyət göstərib. 2001-ci ildən ziyarətgah müstəqil fəaliyyətə başlayıb.

Çəkiliş tarixi: 06 noyabr 2024
Şəkillərin sayı: 21
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up