Balaxanı Sənaye Parkında təkrar emal prosesi
2017-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Balaxanı Sənaye Parkı təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə yaradılıb. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı ilə məşğul olmaq istəyənlər üçün əlverişli məkandır. Dövlət tərəfindən burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak, əlavə dəyər vergisindən və istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar idxal rüsumundan azad olunur. Sənaye parkı ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şərait və lazımi dəstək dövlət tərəfindən təmin edilir.
Çəkiliş tarixi: 16 mart 2025
Şəkillərin sayı: 32