Kateqoriyalar
Sırala
Beynəlxalq səyyahlardan ibarət heyətin Laçın səfəri

Beynəlxalq səyyahlar Laçın ərazisində aparılan bərpa işlərinin nəticələri ilə tanış olublar. Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var. Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.

Çəkiliş tarixi: 26 iyul 2024
Şəkillərin sayı: 11
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up