Kateqoriyalar
Sırala
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ev-muzeyi

“Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərinin müəllifi Qara Qarayevin ev-muzeyi bəstəkarın 100 illik yubileyi ilində açılmışdır. Muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar – sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları, məişət əşyaları təqdim olunmuşdur. Bəstəkar həmçinin həvəskar şəkildə fotoqrafiya ilə məşğul olmuş, motosikletlərə böyük maraq göstərmişdir. Muzey Qara Qarayevin ailəsi ilə 1918-1946-cı illərdə yaşadığı Nizami, 47/49 ünvanında yerləşir.

Çəkiliş tarixi: 16 noyabr 2023
Şəkillərin sayı: 45
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up