Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti ərazisində media-tur
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin xidməti ərazisinə media-tur təşkil olunub. Media-tur zamanı DSX-nin Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə baxış keçirilib və DSX-nin Sahil Mühafizəsinin dəniz muzeyi barədə məlumat verilib. Daha sonra DSX-nin Sahil Mühafizəsinin "Tufan" tipli gəmisi açıq dənizdə hərəkət etməyə başlayıb, həmçinin kiçikhəcimli sahil mühafizə gəmiləri manevrlər edərək müxtəlif tapşırıqları icra ediblər.
Çəkiliş tarixi: 25 oktyabr 2024
Şəkillərin sayı: 80