Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyoru, Əməkdar artist Rasim Cəfər.O, teatr tamaşalarındakı müxtəlif rolları, eyni zamanda da filmlərdəki rəngbərəng rolları ilə diqqəti cəlb etməyi bacarıb. Rasim Cəfəri səhnəyə kino sevgisi gətirib: “İncəsənət Universitetinə kino aktyoru olmaq istəyi ilə daxil olmuşam. Həmişə kinoya can atmışam. Və mənim üçün kino daha yaxındır, özümü orada daha rahat, daha sərbəst hiss edirəm. Düzdür, teatrı da çox sevirəm, canlı ünsiyyətdir, birbaşa kontaktdır tamaşaçı ilə. Amma kinoda daha rahat oluram. Uşaqlıqdan kinoya bağlıyam, tamaşalara da az getmişəm. Yəni teatr sevgim kinodan fərqli olaraq uşaqlıqdan yox, oxuduqca, işlədikcə yaranıb. Kino çəkilişi prosesində daha çox özüməm”.
Müsahibə: Kaspi.az