Görmə məhdudiyyətli tarix müəllimi Muradov Özal
Özal Arifoğlu Muradov 1994-cü il sentyabrın 23-də Bakıda anadan olub. 2001-ci ildə 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbdə oxuyub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi fakültəsinə daxil olub. 2017-ci ildə Sumqayıt Dövlət Universitetində Avropa və Amerika ölkələrinin yeni və ən yeni dövr tarixi üzrə magistratura pilləsinə daxil olub. Eyni zamanda Özal müəllim burada 2019-cu ildə “Ərəb baharı” və "Qərb diplomatiyası” mövzusunda dissertasiya müdafiə edib. Ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. Lerikin Zenoni kənd məktəbində dərs deyib. MİQ ilə imtahan verdikdən sonra ölkə üzrə müəllimlər arasında ən yüksək balı toplayıb və artıq Bakıda tarix fənnindən dərs deyir.
Reportaj: Oxu.az
Çəkiliş tarixi: 05 oktyabr 2022
Şəkillərin sayı: 8