Kateqoriyalar
Sırala
Həkim-travmatoloq tərəfindən məişət tullantılarından hazırlanmış qeyri-adi sənət əsərləri

Bakıda yaşayan tibb üzrə fəlsəfə doktoru Azər Qafarov hazırda ehtiyatda olan tibb xidməti polkovnikidir. Üç kitabın, 15-ə yaxın faydalı modelin, beş cərrahi ixtiranın müəllifi olan həkim özəl xəstəxanalardan birində travmatoloq-ortoped cərrah olaraq fəaliyyət göstərir. Həkimlik fəaliyyəti ilə yanaşı, onu hər kəsə tanıdan hobbisi ilə də məşhurdur. Belə ki, Azər Qafarov beş-altı ildir ki, ətrafdan topladığı dəmir parçaları və tullantılardan qeyri-adi sənət əsərləri hazırlayır. Öz nümunələri ilə yaşadığı evin həyətini gözəlləşdirən müsahibimiz incəsənətə marağı olduğunu, modern incəsənət, üslublar haqqında araşdırma apardığını deyib. O qeyd edib ki, tullantıları yenidən faydalı hala gətirmək elə də asan deyil: “Bu işlərə başlayanda yapışdırmağın alınmadığını görüb qaynaq aparatı satın aldım. İstifadə etməyi öyrəndim, internetdə araşdırmalar apardım, nə lazımdırsa, etdim. Düzəltdiyim əşyaları bəyənən də, bəyənməyən də oldu. “Həkim adamsan, öz işinlə məşğul ol” deyənləri də gördüm. Halbuki, Azərbaycanda bu işlə məşğul olan yoxdur. Lazımi detalları əldə etmək üçün metaltoplama yerlərinə gedirəm, qəribə əşyaları yığıram. Hər kəsin dəmir parçası hesab etdiyi tullantılara yeni həyat verməyə çalışıram.

Hazırladığım əşyaları sosial şəbəkələrdə paylaşanda əcnəbilər almaq istəyirlər. Azərbaycandan olduğumu biləndə alış-verişimiz baş tutmur, deyirlər, çox uzaqdır. Fiqurların fotolarını kimə göstərsəm, hansı muzeydə çəkdiyimi soruşur. Düzəltdiyim əşyaları sata bilmərəm, hər biri övladım kimidir. Çünki təkrarı yoxdur”.

Çəkiliş tarixi: 10 iyul 2023
Şəkillərin sayı: 67
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up