İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov
İstehsal xərcləri cəhətdən yanaşanda daxili bazarımız böyük deyil. Biz maksimum 9-10 milyon istehlakçı üçün istehsal edəcəyik, Çində isə milyardlarla adam üçün istehsal aparılır. İstehsal sayı nə qədər çoxdursa, istehsal xərci o qədər azalır. Deməli, Çindəki məhsulun maya dəyəri Azərbaycanda istehsal olunandan xeyli aşağı başa gəlir. Ona görə, yerli məhsulun xaricdən gələnlərlə qiymət cəhətdən rəqabəti çətin olacaq. Bilirsiniz, bu, qlobal problemdir. Bir çox hallarda kiçik bazarlar üçün istehsal iqtisadi cəhətdən rentabelli olmur. Bu o demək deyil ki, istehsalı ölkədə reallaşdırmaq olmaz. Sadəcə, məsələnin başqa tərəfləri də var.
Müsahibə: Kaspi.az
Çəkiliş tarixi: 24 sentyabr 2022
Şəkillərin sayı: 9