Məhbusların dəmir barmaqlıqlar arasında yaratdıqları
10 il bundan qabaq cəzaçəkmə müəssisələrindəki vəziyyət, məhkumlar üçün yaradılan şərait bugünkü kimi deyildi. Söhbət 5 il, 10 il məhkum həyatı yaşayan insanın azadlığa çıxdığı zaman həyatına haradan, necə, davam edəcəyini bilməməsindən gedir. Bu, təbii ki, ürəkaçan vəziyyət deyil. Amma bu gün cəzaçəkmə müəssisələrində məhbusların istehsalat sahələrinə cəlb edilməsi prosesini görə bilirik. Bu, onların azadlığa çıxdıqdan sonra həyatlarına qaldıqları yerdən davam etmələrin kömək edir. Cəzaçəkmə müəssisəsində zəhməti ilə çalışaraq, qazandığı pulu ailəsinə, uşağına göndərən məhkumlar da az deyil.
Reportaj: Oxu.az
Çəkiliş tarixi: 13 may 2023
Şəkillərin sayı: 59