Pərinisə Əsgərova 1976-cı il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Uşaqlıqdan rəssamlığa böyük həvəsi olan Pərinisə Əsgərova 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsil alıb. Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam miniatür sənətini seçib. 2021-ci ildə Fransada çap edilən "Ghazals suivis de aphorismes" adlı kitabın illüstratoru olmuş Pərinisə Əsgərova Beynəlxalq forumda döş nişanı ilə də təltif edilib. 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssam 30-a yaxın kitabın illüstratorudur.