Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı çərçivəsində “Öhdəliklərdən fəaliyyətə: İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinin optimallaşdırılması” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları iqlim dəyişikliyinin nəticələri ilə bağlı ölkələrə maliyyə və texniki dəstək verilməsi, itki və zərərlərin qarşısının alınması üçün yeni strategiyaların tətbiqi məsələlərini gündəmə gətiriblər. Tədbirdə digər çıxış edənlər də iqlim dəyişikliyinin qarşısının alınması, itki və zərərlərə qarşı mübarizənin vacibliyini vurğulayıblar. Onlar, həmçinin maliyyə dəstəyinin ölkələr arasında daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bununla yanaşı, hər bir ölkənin öz milli strategiyasını tətbiq edərkən beynəlxalq təcrübə və dəstəkdən faydalanmasının əhəmiyyəti diqqətə çatdırılıb.