Kateqoriyalar
Sırala
Qobustan rayonunda yerləşən qədim Şah Abbas karvansarayı

Qobustan rayonu mağaralar, türbələr, karvansaralar, eləcə də digər tarixi abidlərlə zəngindir. Rayona gələn yerli və xarici qonaqlar əsasən qədim abidələri görməyə üz tuturlar. Belə tarixi abidlərdən biri də Şah Abbas karvansarayıdır. Abidə XVII əsrə aid edilir, lakin bəzi mütəxəssislər abidənin tikilmə arxitekturasına baxdıqda onun daha qədim, yəni XV əsr olduğunu deyirlər. Abidənin tikilməsində Sündü daş karxanasının daşlarından, bərkidilmə materialı kimi isə “gəc” məhsulundan istifadə olunub. Karvansara ümumilikdə 4 otaqdan ibarətdir. Otaqları bir-birindən ayıran divarların qalınlığı 1 metrdən çoxdur. 1-ci otağın tavanı günbəzli formada tikilib və içərisində mehrabı var. Abidə müxtəlif dövrlərdə bir neçə dəfə bərpa olunub. Sonuncu bərpa isə təxminən sovetlər dövründə olub, bu dövrdə bərpa zamanı kubik daşlarından istifadə edilib.

Çəkiliş tarixi: 21 may 2025
Şəkillərin sayı: 38
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up