Kateqoriyalar
Sırala
Sabunçu rayonunda çətin şəraitdə yaşayan onkoloji xəstə Validə Məmmədova

Bakı şəhəri, Sabunçu rayon sakini Validə Məmmədova evində yaranan vəziyyətdən əziyyət çəkir. Validə Məmmədovanın sözlərinə görə, ötən il oktyabrın 22-də aramsız yağan yağışdan sonra onun evini də su basıb, nəticədə evdə olan avadanlıqlar sıradan çıxıb. O qeyd edib ki, evində yaranan çətinliyin aradan qaldırılması üçün nə qədər müraciət etsə də, heç kim kömək etməyib. 4-cü dərəcəli onkoloji xəstə olan Validə Məmmədova məcburi köçkünlərə ev verilərkən onun şəraitini nəzərə alan olmadığını, artıq bu çətinliklərə tab gətirə bilmədiyini söyləyib.

Reportaj: Oxu.az

Çəkiliş tarixi: 14 fevral 2025
Şəkillərin sayı: 31
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up