Ümumdünya Su-Bataqlıq Əraziləri Günü münasibəti ilə Şirvan Milli Parkına təşkil edilmiş tur
2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü münasibəti ilə Şirvan Milli Parkına fototur təşkil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı baş tutan turda ölkədəki müxtəlif KİV-lərin fotoqrafları iştirak ediblər. Şirvan Milli Parkı paytaxtın Qaradağ rayonunun, eləcə də Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yerləşir. Milli Parkda Su-bataqlıq ərazisi də var ki, buna misal olaraq 4 min hektar sahəsi olan Qızılqaz gölünü göstərmək olar.
Çəkiliş tarixi: 03 fevral 2023
Şəkillərin sayı: 23