Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Yol üzərində iki körpü, dörd tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1 100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib.
Çəkiliş tarixi: 15 may 2024
Şəkillərin sayı: 10