Kateqoriyalar
Sırala
Yasamal rayonunda vətəndaşın evi qanunsuz olaraq sökülüb

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata əsasən ərazidə söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

Reportaj: Oxu.az

Çəkiliş tarixi: 27 mart 2025
Şəkillərin sayı: 16
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up