Mərdəkanda yerləşən “Bakinets” (Bakılı) sanatoriyası
Mərdəkanda yerləşən “Bakinets” sanatoriyası 1946-cı ildə inşa olunaraq pionerlərin istifadəsinə verilib. Buraya təkcə Azərbaycandan deyil, SSRİ-nin müxtəlif ölkələrindən də istirahətə gəlirdilər. Zamanında bu sanotoriyada insanların rahatlığı üçün hər cür şərait yaradılmışdı – yeməkxana, kitabxana, müalicəvi vanna otaqları fəaliyyət göstərirdi. Bu gün isə ərazi baxımsız, bina isə yararsız vəziyyətdədir. Ancaq divarlarda qorunub qalan daş işləmələr, Azərbaycana xas memarlıq elementləri keçmişin zövqünü hələ də yaşadır.
Digər fotolar
