Kateqoriyalar
Sırala
ID 0015940

Bakıda ayrı dünyanın yaşandığı "Vasmoy bazarı"

Səkkizinci kilometr və ya el dili ilə desək "Vosmoy bazarı" Bakının ən böyük bazarlarından biridir. Burada sizə lazım olan hər bir şeyi tapa bilərsiniz. İynə-sapdan tutmuş, tikinti materialları, meyvə-tərəvəzə qədər. Bütün bu bolluq mövcudluğunu qəribə xaosun içində davam etdirir. Həm topdan, həm də pərakəndə satış yerlərində antisanitar vəziyyət, qeyri-standart piştaxta düzülüşü, kommunal xidmətlərin olmaması və s. Ən əsası isə altı zolaqlı hərəkət yolunun dördünü zəbt edən taksilər. Bir sözlə, burada əməlli-başlı ekzotika yaşanır. 

Digər fotolar
arrow-up