Kateqoriyalar
Sırala
ID 0025612

Maştağada yerləşən tarixi ovdan baxımsız vəziyyətdədir

İnsanlar tarix boyu su qıtlığından əziyyət çəkdikləri üçün ovdanlardan istifadə ediblər. Vaxtı ilə Abşeronda 100-ə yaxın su quyusu və 40-dan artıq ovdan var imiş. Uzun illər istifadə olunan ovdanlar sonradan torpaq altında qaldıqları üçün üstü bağlanıb və insanlar tərəfindən unudulublar. Maştağada yerləşən XIX əsrə aid “Əmiraslan ovdanı”nın da əsas hissəsi torpağın altındadır. Pilləkənlər lay daşlardan yonulub və su mənbəyinə qədər enir. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olmasının səbəbi üzərindəki torpaq qatının ağırlıq nəticəsində çökməsinin qarşısını almaqdır. Ovdan hazırda baxımsız vəziyyətdədir.

Digər fotolar
arrow-up