Kateqoriyalar
Sırala
ID 0043123

Naxçıvanda yerləşən donmuş Batabat gölü

Batabat gölü - Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən şirin sulu göldür. Uçqun və sürüşmədən yaranıb. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 hektar sahəsi olan göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, həm Naxçıvandan, həm Azərbaycanın başqa regionlarından, həm də xarici ölkələrdən turistləri özünə cəlb edir.

Digər fotolar
arrow-up