Kateqoriyalar
Sırala
ID 0047868

“Seysmik Dayanıqlı Müasir Qurğular” adlı beynəlxalq konqres

Aprelin 26-da Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi keçirilib. Konqresdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən olan nüfuzlu alimlər iştirak ediblər. Yaponiya Seysmik İzolyasiya cəmiyyətinin prezidenti Akira Wada da tədbirdə iştirak edib.

Tədbir: Oxu.az

Teqlər
Digər fotolar
arrow-up