Kateqoriyalar
Sırala
ID 0054289

Bankə Balıq Kombinatı

1842-ci ildə indiki Neftçala rayonunun Tatarməhlə kəndində məşhur "Boji promısel" balıq vətəgəsi yanandan sonra balıq emalı Bankə qəsəbəsində mərkəzləşdirilir. Vaxt keçdikcə burada kiçik buzxanalar, anbarlar yaradılır, su çənləri tikilir. 1898-ci ildə inşa edilmiş "Bankə Balıq Kombinatı" Azərbaycanın balıq sənayesinin inkişafında böyük rol oynamışdır. Kombinat fəaliyyəti dövründə istehsal etdiyi balıq və kürüsü ilə bütün dünyada tanınır. Bina Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Hacı Zeynalabdin Tağıyevin, sonradan isə Sergey Kirovun adını daşıyır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra kombinat 1996-cı ilə kimi fəaliyyət göstərib. Tarixi bina uzun müddət baxımsız qaldığından indi uçmaq təhlükəsindədir. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb.

Digər fotolar
arrow-up