Kateqoriyalar
Sırala
ID 0060056

Bakıda çöl göyərçinlərinin himayədarı - Süleyman Əliyev

Bu şəxsi görəndə adamda onun “göyərçinlərin hökmdarı” olduğu təəssüratı yaranır – hər addım atdıqca quşlar da onu izləyir, ətrafını bürüyürlər. Süleyman Əliyev Bakının Maştağa qəsəbəsində yaşayır. Ancaq vaxtaşırı paytaxtın mərkəzindəki parka baş çəkərək oradakı çöl göyərçinlərini yemləyir. Quşlar ona o qədər öyrəşiblər ki, hətta qidanı Süleyman bəyin əlindən, dodaqlarından da götürürlər.

Digər fotolar
arrow-up