Kateqoriyalar
Sırala
ID 0064395

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev

Prezidentin 2021-ci il 20 oktyabr tarixli sərəncamı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilib. Sərəncamın icrası ilə bağlı Qoruğun Əsasnaməsi hazırlanıb, sanitariya-mühafizə zonası müəyyənləşdirilib, aidiyyəti qurumlar ilə razılaşdırılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən digər xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətlərinin bərpası ilə bağlı işlərə başlanıldı. İndiki mərhələdə Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb, Yasaqlığın fəaliyyətinin bərpası ilə bağlı məsələyə münasibət bildirilməsi üçün müvafiq dövlət qurumlarından rəylər alınır və yekunlaşma mərhələsindədir. 

Müsahibə: Kaspi.az

Teqlər
Digər fotolar
arrow-up