Kateqoriyalar
Sırala
ID 0068922

31 ildir Laçının Mirik kəndindən didərgin düşən Balakişiyevlər ailəsi

“Hələ də o vaqonu saxlamışıq, bostandadır. Hər o vaqona baxanda ürəyimiz ağrıyır. O çətin günləri, çəkdiyimiz əziyyəti xatırlayıram. Laçından gələndə Mirzə uşaq idi, doqquz yaşı var idi. Küncdən iki dəmir atıb, yataq düzəltdik. Kişi orada yatırdı, uşaqlar, qayınatamgil, biz də yerə döşək salıb yatırdıq. Belə deyiləsi deyil, necə çətin vaxtlar idi... İki-üç ay elə o şəraitdə qaldıq. Sonra oğlum Cabbar atası ilə çiyin-çiyinə verib bu həyətdə bir göz ev tikdilər. Yoldaşım cavan olanda kənddəki evin tikilməsində də xeyli əziyyət çəkib, Allah canını sağ eləsin. İndi yoldaşımın 83 yaşı var”.

İradə Balakişiyeva

Müsahibə: Oxu.az

 

Digər fotolar
arrow-up