Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir
Qaradağ rayonunda məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” yaşayış kompleksindən daha 25 ailə - 80 nəfər doğma yurduna yola salınıb. Bunlardan on üç ailə (38 nəfər) Bakı şəhərində, beş ailə (17 nəfər) Bərdə rayonunda, beş ailə (15 nəfər) Sumqayıt şəhərində, iki ailə (10 nəfər) Abşeron rayonunda məskunlaşmışdı.
Reportaj: Oxu.az
Digər fotolar