Kateqoriyalar
Sırala
ID 0079436

Azərbaycan Dövlət Pantomima Teatrı

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində nadir hallarda danışıq eşitmək mümkündür, sözləri məşq zamanı, pərdə qalxmazdan əvvəl və enəndən sonra dilə gətirmək olar. Çünki pantomim aktyoru hekayəni mimikalar, əl-qol və bədən hərəkətlərinin köməyi ilə “danışır”. Bu mənada pantomim bəzən universal teatr dili kimi qəbul edilir. Pantomim sənəti düşüncə və duyğuları musiqi və ya müxtəlif əşyalar vasitəsilə, bəzən rəqslə, bəzən də bədən və üz hərəkətləri ilə əks etdirməyi məqsəd qoyan sözsüz oyundur. Azərbaycanda Pantomima Teatrı 1994-cü ildə Bəxtiyar Xanızadənin rəhbərliyi ilə yaranıb və günümüzdə dövlət statusu almış qabaqcıl teatrlardan birinə çevrilib.

Reportaj: Oxu.az

Digər fotolar
arrow-up