Kateqoriyalar
Sırala
ID 0080256

Şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs

"Sevgi... Yaş keçdikcə sevgiyə münasibət dəyişir. Mənə qəribə gəlir yaşlı adamların 17-20-30 yaşa uyğun sevgi şeirləri yazmağı. Çünki o cür sevgi şeirləri yaradıcılıqda bir mərhələdir. Sevgi də elə insan həyatında bir mərhələdir. Ona görə də mənim yaradıcılığımda sevgi şeirləri zaman-zaman dəyişib (şeirindən misranı misal çəkir): “əvvəl alına sürtərdi əlini, indi alın yazısına”. Bilirsinizmi, indi mənim üçün alın yazısı alından daha şirindir. Bir var, insanı sevmək, bir də var, sevginin özünü sevmək. Mən insandan çox, sevginin özünü sevirəm. Mənim üçün aşiq olmağın özünə aşiq olmaq daha gözəldir. Aşiqləri də sevirəm, eşqi də. Bir vaxt elə bilirdim ki, mən özüm aşiq olmalıyam. Özüm aşiq deyiləmsə, dünyada eşq yoxdur. Amma belə deyilmiş. Dünyada daha böyük eşqlər var".

Müsahibə: Oxu.az

Digər fotolar
arrow-up