Kateqoriyalar
Sırala
ID 0080587

Sadhu terapiyası üzrə mütəxəssis Pərvin Əfəndi

Pərvin Əfəndi: "Sadhu hər gün istifadə edəcəyimiz vasitədir. Ayağımızın altında yeddi min sinir ucluğu var. Akupunktura  nöqtələridir. Bu sinir ucluqları ilə saç və dırnaqlarımızdan başqa bütün hüceyrələrimiz bağlıdır. Sadhu taxtasının üzərinə çıxanda akupunktura nöqtələrinə mismarın etdiyi təzyiqdən dolayı daxili orqanlarımızda kiçik nasazlıqlar həll olur. Bu, qan dövranını sürətləndirir. Gəncləşdirmə təsiri yaradır. Eyni zamanda, hər gün və tez-tez sadhu taxtası üzərinə çıxırsınızsa, bu konsentrasiyanı artırır və çətin vəziyyətlərdə zehni idarə etməyi öyrədir. Sadhunun əsas məqsədi insanların basdırılmış hisslərini, arzularını, qorxularını üzə çıxarmaqdır".

Müsahibə: Oxu.az

 

Digər fotolar
arrow-up