Kateqoriyalar
Sırala
ID 0083343

Azərbaycan Rəssamlar İttifaqının üzvü Rövşən Bayramov

Şuşalı rəssam Rövşən Bayramov: "Şükür ki, bu gün Şuşadayam və bu dəfə gözlərimlə görərək yeni əsərlər yaradacağam. Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin çıxışlarını və xüsusilə də Şuşanın azad olunması xəbərini eşitmək üçün tələsirdik. Həmin xəbəri eşidəndə eskiz çəkirdim. O an əlimdəki fırçanı kənara tullayıb "urra, Şuşaya gedirəm!" dedim... Ötən gün cənab Prezident evimizin açarlarını təqdim etdi. Mehriban xanımla birgə tez-tez mənim sərgilərimə gəlirlər. Təqdimat zamanı söz verdim ki, Şuşada böyük sərgi açacağam və bu sərgidə 32 illik yaddaşımdakı Şuşanı təsvir etdiyim əsərlər yer alacaq".

Digər fotolar
arrow-up