Kateqoriyalar
Sırala
ID 0087373

Şəfalı olduğuna inanılan qeyri-adi və nadir təbii daşlar

Fiqurun üst hissəsi Aqat - “Xoşbəxtlik daşı” və uğurun simvolu hesab edilir - qiymətli daşların ən dəyərlilərindən biri də qədim yunanların “aqatos” adlandırdıqları əqiqdir. Yunanca mənası “xoşbəxtlik” deməkdir. Bəzi mənbələrə görə isə daşın adı ilk dəfə tapıldığı Siciliya adasındakı Axates çayından götürülüb. Bu daş öz enerjisi ilə özünüzü pis hiss etdiyiniz və stres keçirdiyiniz anlarda sizə nikbinlik bəxş edir. Bədnəzərə qarşı təsirləri var. İçərisi Ametist - kemoterapiya, şüa və ya başla əlaqəli problemlərin aradan qaldırılması, fiziki canlılığı artırmaq üçün əla kristal hesab olunur. Bu daş ağ ciyərlərə, ürəyə, böyrəküstü vəzilərin işinə kömək edir. Ametisti üzərində daşımaq sakitlik verir və uğur gətirir. 

 

Digər fotolar
arrow-up