Kateqoriyalar
Sırala
ID 0087579

Azərbaycanın ən ucqar şərq nöqtəsi - Şahdili

Abşeron Milli Parkının ərazisini əhatə edən Şahdili burnu Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. Müqayisə üçün qeyd olunmalıdır ki, Şahdili burnunu Avropa qitəsinin quruda yerləşın ən ucqar şərq nöqtəsi də hesab etmək olar. Portuqaliyada yerləşən Roka burnu isə Avropanın ən ucqar qərb nöqtəsidir. Şahdili coğrafi cəhətdən burun kimi xarakterizə olunur, dənizin içərisinə doğru tədricən ensizləşir və uzununa təxminən 10 km məsafəni əhatə edir. Dünya xəritəsində burun tipli coğrafi nöqtələr arasında öz sahəsinə, miqyasına görə ən böyük ərazilərdən biri hesab olunur, su akvatoriyasının içərisinə doğru uzanan ərazi olaraq unikal relyef görüntüsünü əks etdirir. Xəzər dənizində min illər ərzində baş verən tərəddüdlərə baxmayaraq (suyun azalıb-artması) Şahdili burnunun relyefi dəyişmir, xəritədə məcazi olaraq qartalın dimdiyi formasını saxlayır.

Digər fotolar
arrow-up