Kateqoriyalar
Sırala
ID 0087878

Bir qrup beynəlxalq səyyahın Şuşaya səfəri

Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var. Qarabağa səfərlərini Füzulidən başlayan səyyahlar iyulun 25-də Şuşada olublar. Səyyahlar iyulun 26-da Şərqi Zəngəzura - Laçına, iyulun 27-də Zəngilan və Cəbrayıla (Xudafərin körpüsü) səfər edəcəklər. Onlar üçgünlük səfər çərçivəsində Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olublar.

Digər fotolar
arrow-up