Kateqoriyalar
Sırala
ID 0088026

Qədim türk döyüş növlərini müasir dövrdə yaşadan gənclər

Mərkəzdə fəaliyyət göstərən gənclər əsasən atlı oxçuluq, ənənəvi oxçuluq, atlı güləş və atçılığın digər növləri ilə məşğul olurlar. Kaskadyorluq, ox atma, qılınc döyüşlərində əsasən Qarabağ atlarından istifadə edilir. Bunda məqsəd həm Qarabağ atlarını tanıtmaq, həm də yeni nəsil gənclərimizi bu işə cəlb etməkdir. Qardaş Türkiyədə, eləcə də bir çox başqa ölkələrdə, artıq bu, dövlət səviyyəsində inkişaf edir, yarışlar keçirilir və sözügedən yarışlara 120-dən çox ölkə qoşulur. Bəhs olunan sənətlə məşğul olan gənclərin istəyi Azərbaycan bayrağının da o ölkə bayraqlarının arasında dalğalanmasıdır. Bu işdə fiziki güc, sevgi, bacarıq, çox önəmli məsələdir. At çapmaq, qılınc döyüşü, ox atmaq bir növ də cəsarət tələb edən işdir. Çünki burada həyati risk faktorları da var. 

Digər fotolar
arrow-up