Kateqoriyalar
Sırala
ID 0088669

Hacıqabulda yerləşən orta əsrlərə aid türbə

Hacıqabulda yerləşən türbə maddi-mədəni irs kimi qorunur. Onun içərisində yerləşən iki ədəd məzarın kimə aid olduğu isə məlum deyil. Türbədən və ordakı qəbirlərin quruluşundan ehtimal edilir ki, həmin şəxslər dövrün görkəmli adamları olub. Ərazidə həmçinin, Şirvanşahlar dövrünə aid yeraltı tunellər və istinad divarları var. Bunların müdafiə məqsədilə tikildiyi qeyd olunur. Tunellər torpaqla zamanla dolduğu üçün hazırda işlək vəziyyətdə deyil. Yollardan biri Şamaxıya, biri Pirsaat Su Anbarının ərazisinə, digəri isə Pir Hüseyn Xanəgahının ərazisinə aparır. Türbələrin yaxınlığında qədim qəbristanlıq yerləşir ki, bir zamanlar həmin qəbristanlıq karvan yolu üzərində yerləşdiyi üçün yolda ölənlər məhz sözügedən məzarlıqda dəfn edilib. Bu gün burada 183 qəbir dövlət qeydiyyatına alınaraq qorunur.

Teqlər
Digər fotolar
arrow-up