Kateqoriyalar
Sırala
ID 0090271

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi

Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi xatirəsini əbədiləşdirmək məqsədi daşıyan bu muzey onun yaşayış mülkündə yerləşir. Muzey 9 otaqdan ibarətdir. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. İş kabinetindən Şərq zalına keçmək mümkündür. Zalın tavanında yazılan Quran ayələri və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Pəncərələrin bədənnüma şüşələrində Hacı Zeynalabdin Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılıb. Muzeydə həmçinin məşhur xeyriyyəçinin müxtəlif vaxtlarda qazandığı orden və medallar nümayiş etdirilir.

Digər fotolar
arrow-up