Kateqoriyalar
Sırala
ID 0090332

Nobel qardaşlarının Bakıdakı ev-muzeyi

Muzeydə Nobel qardaşları və ailəsi haqqında dolğun məlumatlar əldə etmək mümkündür. 1882-1884-cü illərdə tikilmiş Nobellərin evi 2008-ci ildən muzey kimi fəaliyyət göstərir. Buradakı əşyaların yarısı Nobel ailəsinə məxsusdur, yarısı isə Nobel İrsi Fondunun yaradıcısı və keçmiş sədri mərhum Toğrul Bağırzadənin maliyyə dəstəyi ilə tarixi materiallar əsasında toplanıb. Hazırda bu istiqamətdə işlər fondun indiki sədri Sevinc Bağırova tərəfindən həyata keçirilir. Altı otaqdan ibarət binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb. Muzeyin direktoru Fuad Qasımovun sözlərinə görə hazırda muzeydə olan əşyalardan sayca 400-dən çox eksponat Nobel qardaşlarının varislərindən əldə edilib.

Digər fotolar
arrow-up