Kateqoriyalar
Sırala
ID 0091465

Şamaxıda yerləşən VIII əsrə aid Cümə Məscidi

Şamaxı şəhəri ərazisində 743-744-cü illərdə inşa edilən bu məscid Azərbaycandakı ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856-1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra isə İosif Ploşko tərəfindən bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2010-2013-cü illərdə aparılıb.

Digər fotolar
arrow-up