Kateqoriyalar
Sırala
ID 0091750

"ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi

ADEX regionun ən böyük müdafiə sənayesi tədbiridir. Sərgi fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətlər və 200-yə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Hazırda sərgidə 38 ölkəni təmsil edən 270-ə yaxın şirkət iştirakı edir, burada 14 ölkə milli pavilyonlarla təmsil olunur. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır. Qeyd edək ki, tədbirlər çərçivəsində “ADEX” sərgisinin 5 illiyinə həsr olunmuş “ADEX News” adlı qəzetin xüsusi buraxılışı çapdan çıxacaq.

Digər fotolar
arrow-up