Kateqoriyalar
Sırala
ID 0091891

3 əsrlik tarixə malik Xankəndi şəhəri

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığındakı xanların istirahəti məqsədi ilə salınır. Burada ilk illər ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Sahəsi 8 km² olan Xankəndi  paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal olunan şəhər Azərbaycan ordusu tərəfindən aparılan antiterror əməliyyatları nəticəsində 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçir.

Digər fotolar
arrow-up