Kateqoriyalar
Sırala
ID 0092777

Abşeron yarımadasının cənub hissəsində yerləşən Nargin adası

Ada Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Ada Şirvanşahlar dövlətinin yaranması və süqutuna, general Sisianovun qətlinə, rus kazaklarının Bakı küçələrində at çapmasına şahidlik edib. Məlumata görə, Böyük Zirə adasına ikinci adı Rusiya çarı Böyük Pyotr verib. Uzunluğu 3,1 km, eni 900 m təşkil edən adanın keçmiş adı Nargin olub. “Cəhənnəm adası” və ya “İlan adası” kimi tanınan “Nargin” adası ən qanlı illərini XX əsrin əvvəllərində yaşayıb. Nargin Birinci Dünya Müharibəsi dövründə əsir düşərgəsinə çevrilib. Sarıqamış döyüşündə məğlub olan və əsir düşən türk əsgərləri və zabitləri Nargin adasına sürgün edilib.

Digər fotolar
arrow-up