Kateqoriyalar
Sırala
ID 0093118

Neftlə rəsm çəkən rəssam - Sabir Çopurov

Dünya incəsənəti tarixində bir ilkə imza atan Bakı şəhər sakini Sabir Çopurov rəssamlıqda yeni bir istiqamət olan neftlə rəsm çəkmə sənətinin banisidir. Uşaqlığını evlərindəki odun sobasının borularına hopmuş his ilə rəsm çəkməklə keçirən Sabir Çopurov illər sonra Bakıya gəlir və peşəkar fəaliyyətə başlayır. O, neft buruqlarından yığdığı xam neft ilə kətan üzərində rəsmlər çəkir. Azərbaycanın neft səltənətini kətan üzərində canlandıran rəssam “Neft Daşları”, neft buruqları kimi mövzularla yanaşı, Azərbaycan mədəniyyətinin ən müxtəlif mövzuları üzrə bənzərsiz rəsm əsərləri yaradır. Sabir Çopurovun yaradıcılığında əsas yer verdiyi ideya Azərbaycan mədəni irsinin bütün dünyaya tanıdılmasıdır.

Digər fotolar
arrow-up